Argentinada bahalaşma əleyhinə mitinqlər başladı

11 Yanvar 2019 10:54 (UTC+04:00)

Paytaxt Buenos-Ayresdə fəhlə və tələbə həmkarlar ittifaqının, habelə siyasi partiya və vətəndaş cəmiyyətinin çağırışı ilə on minlərlə insan aksiyaya qoşulub.

“Bahalaşmaya yox” şüarı altında keçirilən mitinq zamanı küçələrdən biri tamamilə bağlanıb. Mitinqçilər Argentina parlamentinin qarşısına qədər yürüş ediblər.

Yürüş zamanı prezident Maurikio Makrinin həyata keçirdiyi siyasət kəskin tənqid edilib.

Aksiyalar davam edəcək.

Qeyd edək ki, hökumət 2019-cu ildən suyun qiymətini 38, elektrik enerjisinin 55, nəqliyyatda gedişhaqlarını 40, qazın qiymətini isə 35 faiz bahalaşacağını elan edib.(teleqraf.com)

© AzNews.az