Qətər İraqa 1 milyard dollar verəcək

11 Yanvar 2019 10:59 (UTC+04:00)

RİA "Novosti" xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin informasiya ofisindən bildirilib.

Qeyd edək ki, İraq Prezidenti yanvarın 9-dan etibarən Qətərdə rəsmi səfərdədir, o, bu gün Qətərin hökumət üzvlərinin iştirakı ilə Əmir Sarayında təntənəli naharda iştirak edəcək.

Bundan əlavə, iki ölkənin liderləri iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün Qətərin Həməd limanı ilə İraqın Umm Qəsr limanı arasında birbaşa gəmi marşrutununun işə salınmasına dair razılaşma əldə ediblər.(report.az)

© AzNews.az