Azərbaycanlı balet ustası Makedoniya səhnəsində - FOTO

11 Yanvar 2019 10:59 (UTC+04:00)

Azərbaycan Opera və Balet Teatrının solisti Anar Mikayılov Makedoniyada səhnəyələşdirilən “Anna Karenina” baletində oynayıb.

AzNews.az-ın verdiyi məlumata görə Anar Mikayılov Makedoniya Milli Opera və Balet Teatrının dəvəti ilə ora yollanıb.

Səhnə əsərinin premyerası dekabrın 25 baş tutub.

Dəvət barədə təəssüratlarını AzNews.az-la bölüşən aktyor bunları deyib: “Bir Azərbaycan aktyorunun Avropa səhnəsində çıxış etməsi qürurvericidir. Premyeradan sonra bədii rəhbər Olqa Panqo tərəfindən müsbət rəy aldım. O, bildirdi ki, bu bizim əməkdaşlığımız üçün bir başlanğıcdır, yeni tamaşa və premyeralar olacaq. Makedoniya artistlərinin yüksək səviyyəli oyunu məni sevindirdi. Azərbaycan balet artistlərinin Makedoniya artistləri ilə səhnə bölüşməsi daha geniş əlaqlərin yaranmasına xidmət edə bilər”.

Dahi rus yazıçısısı Lev Tolstoyun “Anna Karenina” romanı əsasında yazılan baletin musiqisi Pyotr İliç Çaykovskiyə məxsudur. Neoklassisizm üslubunda səhnələşdirilən tamaşanın xaroeqrafı Leo Muyiçdir.

AzNews.az