Bu cütlük boşanırmı? - İdil Fırat aydınlıq gətirdi

11 Yanvar 2019 11:23 (UTC+04:00)

8 sentyabr 2018-ci ildə Alaçatıda nikah masasına oturan Türkiyənin tanınmış aktyoru Mert Fırat ilə İdil Fıratın boşanacağı iddia edildi.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İdil Fırat bu iddiaları yalanlayan bir şəkil paylaşıb.

O, “İnstagram” hesabından Mert Fıratın ad gününü təbrik edib:

“Hər gün yenidən aşiq olduğum adam… Yaxşı ki, doğulmusan, yaxşı ki, bir-birimizi tapmışıq. Hər günümüz, ilimiz bir əvvəlkindən daha gözəl keçsin. Səni çox sevirəm, canım sevgilim”.

Səidə Nurməmmədli

AzNews.az