Mosulda daha bir kütləvi məzarlıq tapıldı

11 Yanvar 2019 12:10 (UTC+04:00)

Şəhərdən 40 km cənubda, Şora rayonunun Kabir kəndində aşkar edilmiş məzarlıqda 38 qadın meyiti olub.

Qadınların İŞİD terror təşkilatının silahlıları tərəfindən öldürüldüyü bildirilir.

Meyitlərin kimliyini müəyyənləşdirmək və yaxınlarına təhvil vermək üçün araşdırmalara başlanılıb.

Qeyd edək ki, Mosulda indiyə qədər 200-dən çox kütləvi məzarlıq tapılıb.(trend.az)

© AzNews.az