Tanınmış aktrisa ədliyyəyə çağırıldı - FOTO

11 Yanvar 2019 12:21 (UTC+04:00)

Türkiyənin tanınmış aktrisası Deniz Çakır ədliyyəyə çağırılıb. O, hicablı qadınları təhqirdə ittiham edilir.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa başladılan sorğu-sual əsasında polisə ifadə vermək üçün Çağlayandakı İstanbul Ədliyyəsinə gəlib.

Onun 4-cü mərtəbədə yerləşən otaqda ifadə verməsi gözlənilir.

Səidə Nurməmmədli

AzNews.az