Türkiyənin müdafiə naziri və komandirlər Suriya sərhədinə gəldi - FOTO

11 Yanvar 2019 12:52 (UTC+04:00)

Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş qərargah rəisi Yaşar Güler və Quru Qoşunları Komandiri Ümit Dündar Suriya sərhədinə gəlib.

AzNews.az xəbər verir ki, generallar Suriya sərhədində yerləşən qoşun birliklərində yoxlamalar həyata keçirib.

Şanlıurfa valisi Abdullah Erin ilə görüşən Akar və qoşun komandirləri yoxlanışdan sonra şəhərdən ayrılacaqlar.

Müdafiə naziri Hulusi Akar səfəri haqda açıqlama verib:

“Qarşımızda Münbiç, Fəratın şərqi var. Bununla bağlı lazım olan planlar hazırlandı. Hazırlıqlarımız davam edir”.

Akar “Yeri və zamanı gələndə əvvəlki əməliyyatlara bənzər şəkildə buradakı terroristlər də qazdıqları çuxurlara basdırılacaqlar. Tək hədəfimiz terroristlərdir. Ət və dırnaq kimi olduğumuz kürd qardaşlarımzla heç bir problemimizin olmadığını ağlı olan hamı bilir” deyə vurğulayıb.

Pərvanə Ağazadə

AzNews.az