Timur Əsgərov “Raymonda” baletində oynayacaq

11 Yanvar 2019 12:57 (UTC+04:00)

Azərbaycanın Əməkdar artisti Timur Əsgərov Aleksandr Qlazunovun “Raymonda” baletində oynayacaq.

AzNews.az-ın məlumatıana görə, balet yanvarın 30-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında nümayiş olunacaq.

Timur Əsgərov Jan de Briyen obrazını canlandıracaq. Baletin dünya premyerası 1898-ci ildə Mariya Teatrında olub.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. T.Əsgərov 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

AzNews.az