Hamilə qadın polislər tərəfindən döyüldü- BAKIDA
17 Aprel 2013 11:20 (UTC+04:00)
AzNews.az "Bizim Yol"a istinadən xəbər verir ki, dünən axşam saatlarında Mərdəkanda R.Cəfərov küçəsi 6-ünvanda yaşayan Rusiya Federasiyası vətəndaşı Xryaşova Yelena Sergeyevnanın mənzilinə ərazi sahə müvəkkili Qamboy Məmmədov hücum çəkib.
Y.Sergeyevnanın bildirib ki, polis içkili vəziyyətdə olub onu və qonağı Absalamova Aygünü qəddarlıqla döyüb. Nəticədə 7 aylıq hamilə olan A.Absalamovanın vəziyyəti pisləşib. Qadın təcilli tibbi yardımla 3 saylı Şəhər Xəstəxanasının doğum şöbəsinə çatdırılıb.
Zərərçəkənin sözlərinə görə, rəfiqəsi Y.Sergeyevna artıq uzun müddətdir ki, həyat yoldaşının qohumlarının təhriki ilə sahə müvəkkili Q.Məmmədovun hücumuna məruz qalır: "Yelenanın həyat yoldaşı azərbaycanlıdır, onu həbs ediblər. Onun yaş yarımlıq uşağı var, həm də xəstədir. Həyat yoldaşının qohumları onu evdən qovmaq istəyirlər. O da problemə görə mənim kimi Qadın Krizis Mərkəzinə müraciət etmişdi. Yelena çox qorxmuşdu. Bu səbəbdən mən də onunla qalırdım. Amma sahə müvəkkili günaşırı içıb gəlib onunla savaşırdı".
Adının çəkilməsini istəməyən həkim isə bildirib ki, A.Absalamovun vəziyyətinin kafidir, ana bətnində uşağın sağdır. O, xəstəyə lazım olan bütün zəruri yardımların göstərildiyini də qeyd edib.
AzNews.az