Xalq artisti Aygünü, Röyanı, Xumarı bəyənmədi: “Hər kəs öz babını tapsın”

11 Yanvar 2019 14:40 (UTC+04:00)

Xalq artisti Teymur Mustafayevin (Teymur əmi) həmkarı Aygün Kazımova ilə bağlı fikirləri hər kəsin təəccübünə səbəb olub.

AzNews.az xəbər verir ki, sənətçi “Xəzər” televiziyasının "5/5" verilişinin qonağı olub. Müğənni xalq artisti Aygün Kazımova, Röya, Xumar Qədimova, Damla ilə duet oxumaq istəmədiyini deyib:

"Mən 1964-cü ildə Nəzakət Məmmədova ilə oxudum, möhürünü vurdum. Heç biri ilə qəti oxumaram. Heç nədən qorxmuram. Amma gərək hər kəs öz babını tapsın. Mən xalq üslubunda oxuyuram, ona görə mənə olmaz" – deyə, bildirib.

AzNews.az