Almaniyanın beş şəhərində bomba həyəcanı

11 Yanvar 2019 15:37 (UTC+04:00)

Bu haqda “Hannoversche Allgemeine” yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata əsasən, naməlum şəxs və ya şəxslər Kil, Erfurt, Maqdeburq, Visbaden və Potsdam şəhərlərinin məhkəmə binalarında partlayışın törədiləcəyi ilə bağlı xəbər verib. Elektron poçtla göndərilmiş anonim məktubun oxunmasından sonra polis təcili olaraq həmin binalarda olan insanları təxliyyə edib, binalar təhlükəsiz məsafədən mühasirəyə alınıb.

Hazırda məhkəmə binasının otaqlarında mühəndis-istehkam bölüyünün mütəxəssisləri axtarış aparır.(oxu.az)

© AzNews.az