Uçan maşın böyük maraqla qarşılanıb

11 Yanvar 2019 16:00 (UTC+04:00)

Elektrik mühərrikli avtomobil istehsalçısı olan "Tesla" şirkətinin rəhbəri İlon Mask daha bir maraqlı yeniliyi ilə diqqət çəkib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Mask bu dəfə də "Twitter" hesabında yeni "Roadster" uçan avtomobil modeli haqda paylaşım edib.

"Yeni "Roadster" buna bənzər imkanlara sahib olacaq" – deyə şirkət rəhbəri şəkilli tvitində bildirib.

Onun bu paylaşımı "Twitter" istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Bəziləri ideyanın gerçəkləşəcəyinə inansa da, bunun bir zarafat olduğunu düşünənlər də var.

© AzNews.az