Aktrisa Hande Erçelin anası vəfat etdi - Son dəqiqə

11 Yanvar 2019 16:02 (UTC+04:00)

Türkiyənin tanınmış aktrisası Hande Erçelin uzun müddətdir xəstəxanada müalicə alan anası Aylin Erçel həyatını itirib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iki gün öncə vəziyyəti ağırlaşan Aylin Erçelin səhərə yaxın vəfat etdiyi deyilir.

Hande Erçel dekabr ayında “Hürriyet”ə verdiyi açıqlamada anasına donor olacağını bildirmişdi.

Səidə Nurməmmədli

AzNews.az