Kişiyə qadın paltarı geyindirib... - Türkiyədə şok

11 Yanvar 2019 17:08 (UTC+04:00)

“Milliyet” xəbər verir ki, Qaziantep 11-ci ağır cəza məhkəməsində məhkəmə iclasına şübhəli Əbubəkir Say ilə həyat yoldaşı Esra Say, dostları Ömər Dev və Ömər Kılıç ilə vəkilləri qatılıb.

Şübhəlilərin hamısı günahsız olduqlarını söyləyiblər.

Vəkil Esra Sayın zərərçəkmişə mesaj göndərdiyini və ərinə söylədiyini, şübhəli şəxslərin aralarında zərərçəkmişə dərs vermək adına plan qurduqlarını və Esra Sayın telefonundan zərərçəkmişi Qaziantepə çağırdıqlarını, onun Esra Say ilə görüşdükdən sonra digər şəxslərin də avtomobilə gəldiyini və birlikdə təpəlik yerə getdiklərini xatırladıb.

Daha sonra onların zərərçəkmişi soyunduraraq qadın alt paltarı geyindirdiklərini və cinsi təcavüz etdiklərini, baş verənləri videoya çəkdiklərini ifadə edən vəkil bu şəxslərin cəzalandırılmasını tələb edib.

Məhkəmə heyəti şübhəli şəxslərin hər birinə 23 il 7 ay müddətinə həbs cəzası verildiyini bəyan edib.

Ayrıca, çəkilən görüntülərin zərərçəkmişin dostuna göndərilməsi ilə hədələdiyinə görə həbs olunanların hərəsi 2 min lirə (625 manat) pul cəzası ödəməli olacaq.(oxu.az)

© AzNews.az