Fransadan İrana nüvə çağırışı - "Dərhal dayandırın!"

11 Yanvar 2019 17:36 (UTC+04:00)

Fransa İrana nüvə raketi işlərinin dərhal dayandırılması haqda çağırış edib.

AzNews.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada İranın nüvə fəaliyyətlərini tezliklə dayandırmaq tələb olunub.

Nazirliyin sözçüsü Aqnes von der Mühll İranın nüvə işlərinin BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmədiyini yenidən xatırladıb.

Pərvanə Ağazadə

AzNews.az