Gürcüstanda qripdən ölənlərin sayı 15-ə çatdı

11 Yanvar 2019 17:53 (UTC+04:00)

Batumidə isə 63 yaşlı ahıl kişi eyni xəstəlikdən dünyasını dəyişib.

Bununla da Gürcüstanda qrip virusundan ölənlərin sayı 15-ə çatıb.

Bu sözləri Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze yanvarın 11-də ölkənin səhiyyə naziri ilə birgə keçirilən mətbuat konfransında söyləyib.

Qrip virusundan dünyasının dəyişənlərin 5-i Acarıstan Muxtar Respublikasının sakinidir.

Direktor deyib ki, bu gün ölkədə qrip virusuna yoluxmuş 845 nəfər xəstəxanalarda müalicə olunur.

Onlardan 44-ü reanimasiya şöbələrindədir.(AZƏRTAC)

© AzNews.az