UEFA 2018-ci ilin simvolik komandasını açıqlayıb.
Ötən ilin ən yaxşı oyunçuları sırasında "Qızıl top"un sahibi Luka Modriç də yer alıb. Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar isə siyahıya daxil edilməyib.
2018-ci ilin simvolik komandası:
Qapıçı: Andre ter Ştegen ("Barselona", İspaniya)
Müdafiəçilər: Serxio Ramos, Rafael Varan, Marselo (hamısı "Real Madrid", İspaniya), Vircil van Deyk ("Liverpul", İngiltərə)
Yarımmüdafiəçilər: Luka Modriç ("Real Madrid", İspaniya), N Qolo Kante, Eden Azar (hər ikisi "Çelsi", İngiltərə)
Hücumçular: Kilian Mbappe (PSJ, Fransa), Kriştianu Ronaldu ("Yuventus", İtaliya), Lionel Messi ("Barselona", İspaniya)
Qeyd edək ki, simvolik komanda azarkeşlərin səsverməsinə əsasən müəyyənləşdirilib. (report)
AzNews.az