Qəzza zolağında toqquşmalar: ölən və yaralılar var

11 Yanvar 2019 20:19 (UTC+04:00)

Fələstinin Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalar zamanı 1 fələstinli qadın ölüb, 10 nəfər xəsarət alıb.

Bu barədə Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kidrə məlumat verib.

O, zərərçəkənlər arasında bir nəfər jurnalistin də olduğunu diqqətə çatdırıb.

AzNews.az