Bakıda ticarət mərkəzində tanınmış xanəndənin pulunu oğurladılar - VİDEO

11 Yanvar 2019 21:17 (UTC+04:00)

Bakıda ticarət mərkəzlərindən birində ayaqqabı alan qadının pul kisəsi oğurlanıb.

AzNews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisindəki ticarət mərkəzlərindən birində baş verib.

İbrahim Allahverdiyev Nərimanov rayon 18-ci polis şöbəsinə müraciət edərək həyat yoldaşı Səbinə Ərəblinin içərisində 300 manat olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Şəfa İsmayılov saxlanılıb.

Qeyd edək ki, portmanatı oğurlanan Səbinə Ərəbli tanınmış xanəndədir.

AzNews.az