Səfər Əbiyev Polşaya getdi

17 Aprel 2013 12:20 (UTC+04:00)


Müdafiə Nazirliyindən AzNews.az-a verlən məlumata görə, aprelin 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşa Respublikası müdafiə nazirinin dəvəti ilə Varşavaya rəsmi səfərə yola düşüb.

Səfər zamanı ikitərəfli hərbi əməkdaşlıq, hərbi-texniki əlaqələr və regional təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.

AzNews.az