Yunanıstanda müəllimlər ayağa qalxdı - FOTOLAR

11 Yanvar 2019 23:53 (UTC+04:00)

Yunanıstanın paytaxtı Afinada müəllimlər etiraz aksiyası keçirir.

Sintaqma meydanına axın edən müəllimlər onların təyinatı ilə bağlı dəyişiklikləri nəzərdə tutan qanun layihəsinə etiraz edirlər. Baş nazir Aleksis Çipras və təhsil naziri Kostas Qavroqlu ilə görüş tələb edən müəllimlər əvvəlcə parlament binasına, daha sonra isə baş nazirin binasına doğru yürüş etmək istəyib.

Ancaq polis bu yürüşün qarşısını alıb. Nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə olunub. 2 nəfər etirazçı polislə toqquşma zamanı yaralanıb. (qafqazinfo)

AzNews.az