Sesk Fabreqas “Monako” klubuna keçdi

12 Yanvar 2019 09:09 (UTC+04:00)

Fransanın “Monako” futbol klubu yarımmüdafiəçi Sesk Fabreqası öz heyətinə qatıb.

Klubun saytına istinadla xəbər verilir ki, 31 yaşlı ispan futbolçu İngiltərənin “Çelsi” klubundan transfer edilib. Fabreqas “Monako” ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalayıb.

Fabreqas peşəkar karyerasına İngiltərənin “Arsenal” klubunda başlayıb. O, 2011-ci ildə “Barselona”, 2014-cü ildə isə “Çelsi” klubuna transfer olunub.

Yarımmüdafiəçi İspaniya milli komandasının heyətində iki dəfə Avropa çempionu (2008, 2012) və bir dəfə dünya çempionu adını qazanıb. (Azərtac)