Ukraynada 3350 nəfər yol qəzasında həyatını itirib - Ötən il

12 Yanvar 2019 09:12 (UTC+04:00)

2018-ci ildə Ukraynada gündə orta hesabla 9-10 nəfər yol qəzasında həyatını itirib. Hesabat ilində 3350 nəfər yol qəzalarının qurbanı olub.

Bu barədə mətbuata Ukraynanın Patrul Xidməti Departamentinin birinci müavini Aleksey Biloşpitskiy məlumat verib.

2018-ci ildə yol qəzalarında ölənlərin sayı 2017-ci illə müqayisədə 82 nəfər azdır. 150120 yol qəzası baş verib ki, nəticədə 30884 nəfər xəsarət alıb. Yol qəzasında xəsarət alanların sayı 2017-ci illə müqayisədə 2926 nəfər azdır. (Azərtac)