Kanadada avtobus dayanacağa çırpıldı, ölənlər var - VİDEO

12 Yanvar 2019 10:15 (UTC+04:00)

Kanadanın paytaxtı Ottavada ikimərtəbəli avtobus dayanacağa çırpılıb.

Xarici KİV-ə istinadən verilən məlumata görə, hadisə nəticəsində 20 nəfərdən çox adam yaralanıb, üç nəfər ölüb.

Ölənlərdən ikisi avtobusda, biri isə dayanacaqda olub.

Hazırda polis müşahidə kameralarının qeydə aldığı və şahidlərin çəkdiyi video kadrları yoxlayır.

Bildirilir ki, avtobusu qadın sürücü idarə edib. (Oxu.az)