“Zahidin ailəsi üçün artıq 10 min manat yığılıb” - Zaur Baxşəliyev

12 Yanvar 2019 10:58 (UTC+04:00)

Mərhum sənətçi Zahid Sabirabadlının ipoteka kreditinin ödənilməsi ilə bağlı 10 min manat pul yığılıb.

AzNews.az xəbər verir ki, bunu ATV telekanalının “Bizimləsən” proqramının aparıcısı Zaur Baxşəliyev açıqlayıb.

Kompaniyaya Türkiyədə yaşayan müğənni Sabina Selcan da qoşulub. O, ailəyə 1000 manat göndərib.

Qeyd edib ki, Zahid Sabirabadlının evinin satışa çıxarılmaması üçün 13 min manat vəsait toplanmalıdır.

Bahar RÜSTƏMLİ
AzNews.az