Sumqayıtda ana və oğlu faciəvi şəkildə öldü

12 Yanvar 2019 11:27 (UTC+04:00)

Sumqayıt şəhəri Corat qəsəbəsində dəm qazı iki nəfərin ölümünə səbəb olub.

Hadisə dünən axşam saatlarında baş verib.

Məlumata görə, ölən şəxslər bir ailənin iki üzvü- 1997-ci il təvəllüdlü Allahverdiyeva Gülan Rövşən qızı və övladı 2014-cü il təvəllüdlü Allahverdiyev Rəşad Bayramqulu oğludur.

İlkin ehtimallara görə onlar evdə yatdıqları yerdə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. (Oxu.az)