Bakıda qəbiristanlıqda üç günlük körpə tapıldı

12 Yanvar 2019 11:34 (UTC+04:00)

Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda atılmış üç günlük qız uşağı tapılıb.

Körpə polislər tərəfindən 1 saylı Körpələr evinə təhvil verilib.

Uşağın anası 37 yaşlı Nailə Ağayeva isə Xəzər rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)