Dəmir yolunda qəza, yaralılar var - VİDEO

12 Yanvar 2019 11:39 (UTC+04:00)

Türkiyədə şəhərətrafı xətdə test sürüşü edən iki qatar toqquşub.

AzNews.az xəbər verir ki, hadisə Bakırköy Floryada baş verib. Halkalı-Gebze şəhərətrafı xəttində test edən iki qatar toqquşub.

Qəzada 3 nəfər yüngül xəsarət alıb. Əraziyə təcili yardım cəlb olunub.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.

Pərvanə Ağazadə
AzNews.az