İkinci uşaqlarının cinsiyyəti bəlli oldu

12 Yanvar 2019 12:19 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Berkay ikinci dəfə ata olur.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Berkay və Özlem Ada cütlüyü ikinci dəfə valideyn olur. Onlar dünən getdikləri həkim yoxlanışı zamanı ikinci övladlarının da qız olduqlarını öyrəniblər.

Qeyd edək ki, Özlem Ada və Berkay cütlüyü 2016-cı ildə evlənib. Onların 1 yaş 5 aylıq Arya adlı qızları var.

Nigar CƏFƏR
AzNews.az