Ermənistanda transgenderə qadın olduğunu təsdiqləyən pasport verilib

12 Yanvar 2019 12:58 (UTC+04:00)

Ermənistanda kişi doğulan, amma cinsini dəyişdirən vətəndaşa (transgender) qadın olduğunu təsdiqləyən pasport təqdim edilib.

Bu barədə məlumat “Right Side” hüquq müdafiə təşkilatınlın saytında yerləşdirilib.

Polis də 1993-cü il təvəllüdlü bir nəfərin qanuni sürətdə DİN Pasport-Viza İdarəsinə müraciət edərək qadın adı qeyd olunan pasport alması barədə KİV-in məlumatını təsdiqləyib. (Report)