Ermənilər Gürcüstandan tələb edir: “erməni soyqırımı”nı tanıyın
17 Aprel 2013 13:13 (UTC+04:00)
Gürcüstanda fəaliyyət göstərən erməni dini və ictimai təşkilatları parlamentin sədrinə və deputatlarına müraciət edərək, qondarma "erməni soyqırımı"nın tanınmasını xahiş ediblər.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, deputatlara həmçinin "erməni soyqımı" haqqında filmlərin yazıldığı kompakt-disklər də göndərilib.
Qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən erməni təşkilatları uzun illərdir analoji müraciətlərlə çıxış etsələr də, onların çağırışları həmişə cavabsız qalıb.
AzNews.az