Polşada güclü zəlzələ: ölən və yaralananlar var

12 Yanvar 2019 17:59 (UTC+04:00)

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, yeraltı təkan ölkənin qərbində, Aşağı Sileziya bölgəsində qeydə alınıb.

Nəticədə Polkoviçe şəhəri yaxınlığındakı kömür mədənində uçqun baş verib, 1 nəfər ölüb, 6 nəfər də xəsarət alıb.

“Hazırda 7 zərərçəkənin olduğunu deyə bilərəm. Altı mədən işçisi xəstəxanalara çatdırılıb, daha biri də ölüb", - deyə “KGHM” şirkətinin sözçüsü dövlət telekanalına bildirib.