Şərqi Anadolu qara təslim oldu - FOTO

12 Yanvar 2019 18:53 (UTC+04:00)

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bölgədə temperatur -15 dərəcəyə qədər düşüb.

Bəzi yerlərdə qarın qalınlığı 2-3 metrə çatıb. Bitlis vilayətində birmərtəbəli evlər tamamilə qarın altında qalıb.

Bir çox kəndlərlə əlaqə kəsilib. Məktəblərdə qar səbəbindən tətil elan edilib.

AzNews.az