“Lamborghini”dən yeni “Huracan Evo” modeli - FOTO

12 Yanvar 2019 19:28 (UTC+04:00)

“Ölkə.Az” xəbər verir ki, “Huracan Evo” modelinin ön bamperi və arxa diffuzoru yenilənib, səsboğuculara “əl gəzdirilib”. Bundan başqa yeni model 20 düymlük disk və “Pirelli P Zero” şinləri ilə təchiz edilib. Aerodinamik göstəricilər isə “Huracan” modeli ilə müqayisədə beş dəfə daha effektivdir.

“Huracan Evo”nun mühərriki “Performante”dəndir. V obrazlı, 10 silindirli, 5.2 litr həcmli titan klapanlı mühərrik 640 at gücü hasil edir. Yeni modelin çəkisi 1422 kq-dır.

Tam ötürücülü sueprkar 100 km/saat sürəti cəmi 2.9 saniyəyə əldə edir. İtalyan maşını 200 km/saat sürəti isə cəmi 9 saniyəyə yığır. 100 km/saat sürətlə hərəkət edən avtomobilin əyləc məsafəsi cəmi 31.9 metrdir. Maksimal sürət isə 325 km/saatdır.

AzNews.az