Tramp: “Gələcəkdə ABŞ və Rusiya xoş münasibətlərini bərpa edə bilər”

12 Yanvar 2019 22:08 (UTC+04:00)

Oxu.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

Mən Rusiyayla Obamadan, Buşdan və ya Klintondan daha sərt idim. Ola bilər, istənilən digər prezidentdən də daha sərt. Eyni zamanda, tez-tez deyirəm - Rusiya Federasiyası ilə yola getmək yaxşıdır, pis deyil. Mən gözləyirəm, biz bir dəfə yenidən Rusiya ilə yaxşı münasibətlərə malik olacağıq", - deyə Amerika lideri yazıb.

Qeyd edək ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) prezident Donald Trampın Rusiyanın xeyrinə çalışıb-çalışmamasına dair araşdırmaya başlayıb.

AzNews.az