Şəmkirdə yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub

12 Yanvar 2019 23:12 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alanlar - Şəmkir rayon sakinləri, Səfərova Pəri Səməndər qızı, onun övladı, 2018-ci il təvəllüdlü Səfərli Əli Babək oğlu, 1969-cu il təvəllüdlü Sadıqov Ceyhun Ramiz oğlu və 1976-cı il təvəllüdlü Sadıqova Raya Sərdar qızıdır. P.Səfərovanın vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə aparılıb.

Digər yaralıların vəziyyəti orta-ağır və qənaətbəxş, körpənin isə vəziyyətinin yaxşı olduğu bildirilir.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

AzNews.az