Trampdan yeni rekord

12 Yanvar 2019 23:33 (UTC+04:00)

“Sputnik” xəbər verir ki, hazırda "şatdaun"un (shutdown) 22-ci günü gedir və bunun nə vaxt başa çatacağı bilinmir.

İndiyə qədər isə ən uzun şatdaun 1995-1996-cı ildə Bill Klintonun dövründə yaşanıb. Həmin vaxt şatdaun 21 gün davam etmişdi.
Xatırladaq ki, 2019-cu ilin büdcəsi Konqresdə təsdiq olunmadığından ötən il dekabrın 22-də bəzi federal idarələr fəaliyyətini qismən dayandırıb, yəni "şatdaun" (shutdown) deyilən rejim qüvvəyə minib.

Tramp Meksika sərhədində divar inşası üçün 5 milyard dollar vəsaitin nəzərdə tutulmadığı üçün büdcəni təsdiqləmir. Müxalifətdə olan demokratlar bunu israfçılıq kimi qəbul edərək buna razılıq vermir.

AzNews.az