Amerikalılar Trampdan imtina edir

13 Yanvar 2019 10:40 (UTC+04:00)

Bu nəticə “HarrisX” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğuda iştirak edən respondentlərin 56%-i Trampın fəaliyyətini dəstəkləmədiklərini bildiriblər.

Qeyd edək ki, dekabr ayında Trampın reytinqi 47% olub.

ABŞ-da hökumət 22 gündür bağlı vəziyyətdədir (şatdaun). Bu isə indiyə qədər qeydə alınan ən böyük göstərici sayılır. Şatdaunun yaranmasına səbəb Prezident Administrasiyası ilə Konqres arasında Meksika sərhədindən təhlükəsizlik divarının tikilişi ilə bağlı yaranan fikir ayrılığı olub.(axar.az)

AzNews.az