Bakıda hoteldə yanğın - İnsanlar təxliyyə edildi

13 Yanvar 2019 11:25 (UTC+04:00)

FHN xəbər verir ki, paytaxtın Nərimanov rayonunda “Golden Shine” hotelinin yerləşdiyi beşmərtəbəli binanın zirzəmisində qazanxananın ətrafında 5 p.m elektrik kabeli yanıb.

Qatı tüstü olduğundan hoteldə olan vətəndaşlar yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

AzNews.az