Yaralı sürücüyə kömək etmək istəyənləri maşın vurdu - Ölənlər var

13 Yanvar 2019 11:54 (UTC+04:00)

İdarəetmənin itirilməsi səbəbindən aşan yük maşının sürücüsü yaralanıb.

Bildirilir ki, hadisənin şahidləri yaralı sürücüyə kömək etmək istəyərkən onları maşın vurub. İnsident nəticəsində yaralanan 5 nəfər hadisə yerinə gəlmiş təcili yardım briqadaları tərəfindən şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Məlumata əsasən, yaralananlardan 2-si xəstəxanayada dünyasını dəyişib. Yük maşınının sürücüsü və digər yaralanan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Sürücüyə kömək etmək istəyən insanları vuran avtomobilin sürücüsünün spirtli içki qəbul etdiyi müəyyən edilib.(trend.az)

AzNews.az