Mübahisə etdiyi qonşusunu bıçaqladı

13 Yanvar 2019 15:33 (UTC+04:00)

Hadisə rayonun Aşağı Surra kəndində qeydə alınıb.

1983-cü il təvəllüdlü kənd sakini Günəşov Ramil Zakir oğlu 1976-ci il təvəllüdlü qonşusu Ələkbərov Tərlan İmran oğlu tərəfindən aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb. Yaralı R.Günəşov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Lənkəran sakini həmkəndlisini bıçaqlayıb.(report.az)

AzNews.az