İravandan Macarıstana barışıq təklifi

17 Aprel 2013 14:02 (UTC+04:00)
Azərbaycanlı zabit Ramil Səfərovun azadlığa buraxılmasından sonra Macarıstanla rəsmi münasibətlərini dayandıran Ermənistan rəhbərliyi rəsmi Budapeştlə diplomatik əlaqələri bərpa etməyə qərar verib.

Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan bildirib.

"Ermənistan Macarıstanda yenidən diplomatik əlaqələr qurmağa hazırdır. Amma Macarıstanda bu istiqamətdə adekvat addım atmalıdır".-deyə erməni nazir vurğulayıb.

Qeyd edək ki, bu ilin avqustun 31-də Ermənistan prezidenti Serj Sərkisyan açıqlama verərək Macarıstanda diplomatik əlaqələrin dayandırıldığını bəyan etmişdi.

AzNews.az