265 min dollarlıq yarış- BAKIDA

17 Aprel 2013 14:15 (UTC+04:00)
Mayın 1-4-də Binədə yerləşən "Elite HorseClub"un açıq manejində atçılığın konkur növü üzrə CSİ 4* beynəlxalq turnir keçiriləcək.

AzNews.az apasport.az-a istinadən bildirir ki, mərhum prezident Heydər Əliyevin 90 illik yubileyinə həsr olunacaq yarışda Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Rumıniya, İran və digər ölkələrin çaparları iştirak edəcəklər.

Turnirdə ümumilikdə 25-ə yaxın idmançı və 65-ə yaxın atın iştirakı gözlənilir. Yarışın ümumi mükafat fondu 265 min ABŞ dolları təşkil edəcək.

Qeyd edək ki, mayın 2-3-də yarışa giriş pulsuzdur. Turnirin son günündə finalı izləmək istəyənlər isə bilet almalı olacaqlar.

AzNews.az