Kanadada atışma - Bir yaralı var

14 Yanvar 2019 08:58 (UTC+04:00)

Kanadada atışma olub, nəticədə bir nəfər yaralanıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə Toronto şəhərinin mərkəzində qeydə alınıb.

Bu haqda informasiyanı CTV News telekanalı yayıb.

Mənbə bildirir ki, yaralı şəxs xəstəxanaya çatdırılıb. Atəş açan şəxsin kimliyi haqda bilgi verilmir. Polis onun tutulması üçün əməliyyata başlayıb.

Babək Göyüş

AzNews.az