Tələbə qız universitetdən xaric edildi - Oğlanla qucaqlaşıb

14 Yanvar 2019 09:18 (UTC+04:00)

Misirdə bir tələbə oğlan sevdiyi qıza gül buketi təqdim edib və dizini yerə qoyaraq ona evlənmək təklifi verib. Qarşı tərəfdən "hə" cavabı aldıqdan sonra isə onu qucaqlayıb və əl-ələ tutaraq gediblər. Bu hadisə Qahirənin Al-Azxar universitetinin həyətində baş verib.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ahram Online nəşri yazır ki, sevgililərin bu sevgi mənzərəsi çəkilərək sosial şəbəkədə yayılıb.

Universitetin rəhbərliyi isə o videonu gördükdən sonra qızı universitetdən qovublar və bildiriblər ki, ictimai yerdə oğlanla qucaqlaşmaq olmaz.

Hazırda qız bu haqda universitetin intizam komissiyasına şikayət etmək fikrindədir.

Al-Azxar universiteti ölkənin ən qədim universitetlərindən biri hesab edilir.

Babək Göyüş

AzNews.az