Yeni işıq üzü görən "Şərq" kompozisiyasının da öncəkilər kimi seviləcəyini söyləyən bəstəkar Tural Bakuvi AzNews.az-a kompozisiya haqqında məlumat verib: "Bu günə qədər "Payız" və "Bahar" adlı iki kompozisiyam işıq üzü görüb. Çoxdandır Şərq dünyasını, Şərq həyatını, ekzotikasını özündə əks etdirən bir musiqi hazırlamağı düşünürdüm. Qismət bu günlərə imiş. "Şuştər" muğamı üzərində qurulan kompozisiyanın orkestr hissəsi canlı alətlərdən ibarətdir. Kompozisiya elegiya janrındadır. Aranjımanda bir neçə fərqli alət də müşayiət edilib. Səslərin tənzimlənməsi və aranjıman işlərini Ramal Rəsul edib. Kompozisiyadakı gitara ifası da ona məxsusdur. Bu kompozisiyanın ən azı bundan öncəkilər qədər seviləcəyini ümid edirəm",-deyə bəstəkar bildirib.