Özbəkistanda yeni nazirlik yaradıldı

14 Yanvar 2019 10:33 (UTC+04:00)

Bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb.

Sənəddə deyilir ki, nazirlik Özbəkistanın sosial-iqtisadi, sənaye həmçinin investisiya strategiyası sahəsində dövlət siyasətini həyata keçirəcək.

Yeni strukturun vəzifələrinə makroiqtisadi indikatorların təhlili və proqnozlaşdırılması, iqtisadiyyat bazar mexanizmləri vasitəsilə idarəetmə sahəsində təkliflərin araşdırılması, iqtisadiyyatın əsas sahələrinin inkişaf strategiyasının formalaşdırılması və digər vəzifələr daxildir.

“UZAVTOSANOAT” şirkətinin sabiq rəhbəri Umidjan Salimov iqtisadiyyat və sənaye nazirinin müavini təyin olunub.(AZƏRTAC)

© AzNews.az