İranlı alimlər Azərbaycanda

14 Yanvar 2019 10:38 (UTC+04:00)

Akademiyadan bildiriblər ki, əvvəlcə institutun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov məruzəçilər və tədbirdə müzakirə olunacaq məsələlər barədə məlumat verib.

Sonra iranlı alimlərin məruzələri dinlənilib. Məruzələrdə Mir-143 və doksirubisinin süd vəzi və osteosarkoma xərçənglərində müalicəvi rolundan bəhs olunub.

Seminarda, həmçinin Biofizika İnstitutu, Xəzər Universiteti və Ərdəbil Universiteti arasında gələcəkdə elmi əməkdaşlıq əlaqələrinin yaradılmasına dair müzakirələr aparılıb.(AZƏRTAC)

© AzNews.az