Nazpəri Dostəliyeva İsa Qəmbərin oğlunun toyundan danışdı
17 Aprel 2013 14:32 (UTC+04:00)
"Bu xalqın xoşbəxt sənətkarıyam ki, körpəsindən tutmuş yaşlısına qədər hər kəs məni sevir. Harada olsam, məni öz şad günlərinə dəvət edirlər, xoşbəxt anlarını mənimlə paylaşırlar. Mənim üçün fərqi yoxdur, iqtidar, ya müxalifət, ağ, ya qara, o elli, ya bu elli və s. Əgər kimsə məni öz balasının xeyir işində görmək istəyibsə, burda qəbahət heç nə yoxdur. Sadəcə, bəziləri bu situasiyadan bir bəhanə kimi istifadə edib məni qaralamağa çalışırlar. Əgər məni yenə də hansısa insan öz övladının xeyir işinə çağırsa, yenə gedəcəyəm. Mən xalqımın sevimli övladıyam və hər bir azərbaycanlını da öz balam qədər sevirəm. Müxalifətdə də, iqtidarda da xalqın ziyalı oğulları fəaliyyət göstərir. Mən heç kimə fərq qoymuram".
AzNews.az