Məktəbi vaхtından əvvəl bitirmək istəyənlər üçün imtahan

14 Yanvar 2019 10:47 (UTC+04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən xəbərə görə, eksternat imtahanları yanvarın 14-15-də paytaxtdakı 220 nömrəli məktəb-liseydə təşkil olunacaq.

Test və müsahibə mərhələsindən ibarət olan eksternat imtahanlarında suallar fənn proqramlarına uyğun şəkildə hazırlanacaq.

Eksternat imtahanlarının nəticələri BŞTİ tərəfindən yaradılan komissiya tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriləcək.

Qeyd edək ki, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən şagirdlər üçün təşkil olunmuş eksternat imtahanları Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilir.(report.az)

© AzNews.az